18 Noyabr 2015 15:35
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə bu gün səhər saatlarından başlanan, 3 terrorçunun öldürülməsi və 5 polisin yaralanması ilə nəticələnən anti-terror əməliyyatı başa çatıb.

Sent-Denis bölgəsində həyata keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb. Şahidlərin sözlərinə görə, əməliyyat başa çatsa da, polis qüvvələri hələ də bölgədədir. Fransanın Daxili İşlər Nazirliyi burada yaşayan 15-20 min insana evdə qalmağı məsləhət görüb.

Əməliyyat zamanı özünü partladan qadının İŞİD yaraqlısı Abdülhəmid Abaaoudun qohumu olduğu bildirilir.

Bu arada, Fransa Müsəlmanları Şurası ölkədəki məscidlərdə Paris hücumlarını pisləyən çağırışlar edib.

11:54

Bu gün səhər saatlarından Parisdə başlanan anti-terror əməliyyatı zamanı partlayış səsi eşidilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçuluqda şübhəli bilinən qadın üzərindəki partlayıcını işə salıb.

Bununla bağlı Fransa ədliyyə naziri Kristian Tobira açıqlama verib. Onun sözlərinə görə, əməliyyat zamanı 3 terrorçu öldürülüb, 4 polis bədən xəsarəti alıb, daha beş İŞİD-çi isə sağ ələ keçirilib. Tobira əməliyyatların davam etdiyini və terrorçuların gizləndiyi evin mühasirəyə alındığını açıqlayıb. Paris terrorunun təşkilatçısı Əbdülhəmid Aboudun da evdə gizlənən şəxslər arasında olduğu ehtimal edilir.

10:24

Paris terrorunda şübhəli bilinən şəxslərin axtarışı zamanı polislə naməlum silahlılar arasında silahlı insident baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Parisin şimalındakı Saint Denisdə keçirilən əməliyyat zamanı üç polis yaralanıb, 3 terrorçu isə öldürülüb. Əməliyyatın davam etdiyi bildirilir.

Bu arada, Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla İŞİD terror təşkilatı ilə mübarizə məsələsində razılığa gəlib.

Bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb. Yayılan məlumata görə, iki ölkənin hərbi qüvvələrinin və xüsusi xidmət orqanlarının fəaliyyətlərinin koordinasiya edilməsi barədə liderlərin telefon danışıqların nəticəsində razılaşma əldə edilib: "Liderlər İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlar zamanı iki ölkənin hərbi qüvvələri və xüsusi xidmət orqanları arasında daha sıx təmas qurulmasının vacibliyini qeyd ediblər".

Qeyd edək ki, ötən cümə günü Parisdə İŞİD terrorçuları tərəfindən törədilən terror hadisələri zamanı 132 nəfər həyatını itirib, 350 dinc sakin yaralanıb.

Samir


Müəllif: