4 İyun 2014 13:38
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının deputatı Aleksey Mitrofanov və Çelyabinsk senatoru Konstantin Tsibkonun toxunulmazlıq hüququ ləğv edilir. Bu prosedur, hər iki məmurun adlarının dələduzluq cinayətində çəkilməsi ilə bağlı olduğu bildirilir.

Teleqraf.com xəbər verir ki, Baş prokurorluqdan Dumanın sədri Serqey Narışkinin adına hələ may ayında müraciət göndərib.

Bu gündən etibarən isə, hər iki məmur toxunulmazlıq statusundan məhrum olunur.
Parlamentin reqlament və təşkilatçılıq işləri üzrə komitənin üzvü Valeriy Yakuşevin sözlərinə görə, Mitrofanovun mandatının əlindən alınması qərarı yaxın 10 gün ərzində həll olunacaq.

Deputat özü isə jurnalistlərə açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Baş Prokurorluğun müraciəti qəsb və dələduzluq maddələri ilə bağlıdır.
Deputatın adı hələ ötən il şantaj və qəsb etmə ilə bağlı maliyyə qalmaqalında hallanmışdı. Verilən məlumata görə, ilkin araşdırma zamanı, Mitrofanov və onun köməkçisi Aleksandr Derevşikov, həmçinin məhkəmə icraçısı Radiş Sutiev, biznesmen Vyaçeslav Jarovdan 200 min ABŞ dolları məbləğində rüşvət tələb ediblər. Bu məbləğ, guya məhkəmədə qərarın Derevşikovun xeyrinə qəbul olunması üçün tələb olunurdu.


Müəllif: