18 Noyabr 2015 22:35
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Bolqarıstan arasında ətraf mühitin mühafizəsi sahəsində ikiillik Proqram qəbul edilib.

Nazirlikdən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Bolqarıstanın Ətraf Mühit və Su naziri İvelina Vasileva arasında rəsmi görüş keçirilib.

Görüşdə “Azərbaycan Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi üzrə 2016 və 2017-ci illəri əhatə edən ikiillik Proqram qəbul olunub.

Proqram biomüxtəlifliyin qorunması və onun qorunması üçün strateji planların işlənib hazırlanması məqsədi ilə qabaqcıl təcrübə və praktika mübadiləsi, mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi, onların davamlı istifadəsi və mühafizə olunan təbiət ərazilərində fəaliyyətlər, ətraf mühitə təsirin qiymətləndirilməsi, qlobal iqlim dəyişmələri və hidrometeorologiya, ozon qatının qorunması, torpaqların ekoloji vəziyyətinin qorunması, transsərhəd su və hava çirklənmələri, tullantıların idarə edilməsi, suyun çirklənmədən mühafizəsi və su ehtiyatlarının idarə edilməsi sahələrini əhatə edir.

Daha sonra ikitərəfli görüş zamanı Azərbaycan ilə Bolqarıstan Respublikaları arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, biomüxtəlifliyin mühafizəsi, ətraf mühitin monitorinqi, su ehtiyatlarının idarə olunması və iqlim dəyişmələri problemləri üzrə məsələlər müzakirə olunub.

İLHAMƏ


Müəllif: