18 Noyabr 2015 18:38
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın sabiq Kansleri Gerhard Şröderin başçılığı iə İrana böyük nümayəndə heyəti səfər edəcək.

Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, yaxın gələcəkdə baş tutacağı gözlənilən səfərin dəqiq vaxtı hələ açıqlanmayıb.

Qeyd edək ki, G.Şröder 2009-cu ildə Tehrana səfər etmişdi. İqtisadi sanksiyaların ləğv olunması ilə İran və Almaniya arasında böyük biznes əlaqələrinin qurulacağı gözlənilir. 2014-cü ildə iki ölkə arasında ixracat 2,39 milyard avro olub ki, bu rəqəmin 3-4 il ərzində 10 milyard avroya çatacağı güman edilir.

Cari ilin iyul ayında Almaniyanın iqtisadiyyat naziri Ziqmar Qabriel İran İslam Respublikasına səfər edib. İranla "altılıq" ölkələri arasında əldə olunan nüvə razılaşmasından sonra Z.Qabriel bu ölkəyə səfər edən ilk yüksəkvəzifəli qərbli siyasətçi olub.

Hazırda İranda 80 Almaniya şirkəti fəaliyyəti göstərir.


Müəllif: