19 Noyabr 2015 09:32
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı Rusiyanın sərnişin təyyarəsinin partladılmasında istifadə olunan bombanın fotoşəklini dərc edib.

Bombanın fotoşəkli terror təşkilatına yaxınlığı ilə tanınan “Dabiq” jurnalında çap olunub.


Fotoşəkildə bir içki qutusu və məftilə bağlanmış işəsalma qurğusu görünür.


Rusiyanın “Kommersant” qəzetinin xəbərinə görə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) mütəxəssisləri partlayışın təyyarənin arxa hissəsində olduğunu müəyyən ediblər. Mütəxəssislərin fikrincə, bomba pəncərə tərəfdə oturan sərnişinin kreslosunun altına qoyulub.

Publika.az


Müəllif: