19 Noyabr 2015 10:08
1 597

Suriya prezidenti Bəşər Əsəd onu istefaya səsləyənlərə cavab verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Əsəd İŞİD terror təşkilatı üzərində qələbədən sonra gedəcəyini bildirib.

Onun sözlərinə görə, nə qədər ki terrorçular Suriyanın bəzi rayonlarına nəzarət edir,siyasi məsələlərdə uğur əldə etmək qeyri-mümkündür: "Terrorçuluq üzərində qalib gəldikdən 1,5-2 il sonra Suriyada keçid hökuməti qurula bilər. Əgər keçid hökumətində də mən prezident seçilsəm, xalqı yaxşı gələcək gözləyir".

Qeyd edək ki, Rusiya və İran rəhbərliyi keçid hökumətində Əsədin olmasını vacib hesab edir və bildirir ki, Suriya xalqı öz taleyini özü müəyyən etməlidir. ABŞ və Avropa İttifaqının bir sıra ölkələri isə Əsədin keçid hökumətindən dərhal sonra istefa verməsini tələb edir.

Samir


Müəllif: