19 Noyabr 2015 11:23
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı döyüşçüləri yeni təhdid videosu yayıblar.

Teleqraf.com xəbər verir ki, CNN telekanalı tərəfindən yayımlanan videoda terrorçu əldə hazırlanmış bombanı dəri gödəkçəsinin altında gizlədib və Nyu-Yorkda yerləşən Herald meydanına tərəf yönəlib. Görüntülərin sonunda çoxlu sayda insanın yığışdığı meydanda İŞİD-çi ABŞ rəhbərliyini təhdid edərək, deyib: "Xaç yürüşündə iştirak edən bütün dövlətləri Fransanın aqibəti gözləyir. Biz ABŞ-ın mərkəzinə hücum edəcəyik. Vaşinqtonu və Nyu-Yorku da Parisin halına salacağıq".

Nyu-York polisinin nümayəndəsi Stiven Devis bildirib ki, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Samir


Müəllif: