19 Noyabr 2015 12:19
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 5 üzvü öldürülüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Məhəmmədrza İbrahimi, Behzad Seyfi, Səttar Abbasi, Məhəmmədcavad Qurbani və İman Xəzai Nejad İŞİD terror təşkilatı ilə gedən döyüşlər zamanı həyatını itirib.

Yayılan məlumatlara görə, Əsəd rejimini qorumaq üçün Suriyaya göndərilmiş “SEPAH”çılar bir neçə gün əvvəl Hələb şəhərində pusquya düşüb. Məhəmmədrza İbrahimi “SEPAH”ın Felavercan şəhərindəki komandirlərindən biri olub. Onların Suriyaya nə vaxt göndərildiyi haqqında hər hansı bir məlumat yoxdur.

Samir


Müəllif: