19 Noyabr 2015 19:32
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama Konqresin Suriya və İraq qaçqınlarının qəbulunun sərtləşdirilməsi ilə bağlı qəbul edəcəyi qanun layihəsinə veto qoyacaq.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı Ağ Ev yayıb. Obama administrasiyası bunun dünyada ehtiyacı olan insanlara yardım edilməsi baxımından düzgün olmadığını bildirib:

“Qaçqınların qəbulu ilə bağlı tədbirlərin sərtləşdirilməsi Amerika xalqının təhlükəsizliyini təmin etməyəcək. Bu, əksinə humanitar məqsədləri olan mühüm proqramın həyata keçirilməsinə maneələr yaradacaq”.

Qeyd edək ki, ABŞ bu il ərzində bütün dünyadan 70 min qaçqın qəbul edib.


Müəllif: