20 Noyabr 2015 12:43
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Köln şəhərində yerləşən gecə klublarından birində silahlı insident baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 6 nəfər güllələnib. Onlardan biri hadisə yerində həyatını itirib. Polis insidentdə şübhəli bilinən 2 nəfəri saxlayıb.

İlkin ehtimallara görə, hadisə iki qrup arasında mübahisədən sonra baş verib.

Samir


Müəllif: