20 Noyabr 2015 23:18
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyalı hakim Baltasar Qarson Madrid yaxınlığında memorialda dəfn edilən keçmiş diktator Fransisko Frankonun qalıqlarının yerinin dəyişdirilməsini tələb edən petisiya dərc edib.

Memorial ötən əsrin 40-50-ci illərində əsasən Frankoya qarşı vuruşan məhbusların əməyi nəticəsində inşa edilib.

Qarson memorialın diktatura qurbanlarının abidəsinə çevirməyi təklif edir. Hakim petisiyasında memorialdan Franko dövrünə aid bütün simvolların yığışdırılmasını tələb edir.

Bundan əvvəl də Frankonun qəbrinin yerinin dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilib.


Müəllif: