20 Noyabr 2015 22:35
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa İŞİD terror təşkilatı ilə bağlı layihǝsini BMT Tǝhlükǝsizlik Şurasına tǝqdim edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, layihədə Fransa Ankara, Paris, Tunis, Beyrutdakı terror aktları, rus tǝyyarǝsinin vurulması qeyd olunub və bütün ölkələri terrorla birgǝ mübarizǝyə səsləyib.

Layihədə həmçinin, terror tǝşkilatı ilǝ mübarizǝyǝ qatılan ölkǝlǝrdǝn İraq vǝ Suriyada İŞİD-in düşǝrgǝlǝrini mǝhv etmǝlǝri, BMT-yǝ üzv ölkǝlǝrdǝn isǝ terror tǝşkilatlarına qoşulan xarici ölkǝ vǝtǝndaşlarının bölgǝyǝ sǝyahǝtlǝrinin qarşısının alınması tǝlǝb edilib.

Fransanın layihǝsinin nǝ zaman sǝsǝ qoyulacağına dair mǝlumat vermǝyib.

Qeyd edək ki, layihələr BMT Tǝhlükǝsizlik Şurasına tǝqdim edildiktǝn 24 saat sonra sǝsǝ qoya bilər.

Samir


Müəllif: