20 Noyabr 2015 16:59
414

"Ukrayna Rusiyaya olan 3 milyard dollar borcunu ödəməyəcək".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna baş naziri Arseni Yatsenyuk deyib.

Onun sözlərinə görə, Moskvaya bundan sonra borcun restrukturizasiyası ilə bağlı heç bir şərt qoyulmayacaq: "Mən digər şərtlərlə bağlı Rusiya tərəfini məlumatlandırdım. Əsas tələbimiz borcun 20 faiz azaldılması idi. Əgər bunu qəbul etmirsizsə, Ukrayna hökumətinin qərarı ilə qarşılaşacaqsız. Biz borcu qaytarmaqdan imtina edirik".

Samir


Müəllif: