4 İyun 2014 14:48
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın yeni prezidenti Pyotr Poroşenko Varşavada ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.

Axar.az xəbər verir ki, “Marriot” otelində keçirilən görüş zamanı Ukrayna xalqının Poroşenkoya prezident seçkilərində göstərdiyi dəstəyin vacibliyini qeyd edib. Poroşenko isə öz növbəsində ABŞ-a ukraynalılara demokratiya yolunda verdiyi dəstəyə görə minnətdarlıq edib.

Daha sonra Poroşenko ABŞ prezidenti Barak Obama ilə görüşüb. Daha sonra Ukrayna prezidentinin Fransua Ollandla görüşü gözlənilir.


Müəllif: