4 İyun 2014 14:53
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada dünən keçirilən prezident seçkilərinə ABŞ-dan reaksiya gəlib.

Axar.az xəbər verir ki, ABŞ Dövlət katibinin müavini Marie Harf Bəşər Əsədin nəzarətində keçirilən seçkilərin rüsvayçılıq olduğunu bildirib.

Mətbuat konfransında Suriyadakı seçkilər haqda fikir bildirən Marie Harf Suriya əhalisinin Bəşər Əsəd qüvvələrinin təzyiqinə məruz qaldığını və seçkilərin müstəqil şəraitdə keçirilmədiyini vurğulayıb: "Suriyadakı seçki prosesi ağlasığmaz vəziyyətdir. Müxtəlif siyasi partiyalar iştirak etmir və Əsəd qüvvələrinin hazırladığı seçkilər rüsvayçılıqdır".

Suriyadakı mövcud rejimin suriyalıların səsvermə hüququnu əlindən aldığını deyən Harf Əsədin seçiciləri öldürməsinə davam etdiyini də bildirib.


Müəllif: