22 Noyabr 2015 12:59
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri noyabrın 22-24-də Yaxın Şərq ölkələrinə rəsmi səfərlər edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində Kerri Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Fələstində görüşlər keçirəcək.

Bununla bağlı Dövlət departamentinin rəsmi nümayəndəsi Con Kibri məlumat verib. Onun sözlərinə görə, görüşlər zamanı Suriya böhranı və terorçuluqla mübarizə məsələləri müzakirə olunacaq.

Samir


Müəllif: