22 Noyabr 2015 13:43
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın türkmən bölgəsinin Rusiya qırıcıları tərəfindən bombardman edilməsinə etiraz edən nümayiçilər Rusiya ilə Hollandiya bayraqlarını səhv salıblar.


Publika.az xəbər verir ki, nümayişçilər Rusiyanın İstanbuldakı baş konsulluğun əvəsində Hollandiyanın baş konsulluğunun qarşısında aksiya keçirərək hollandların bayrağına yumurtalar atıblar.

Bu barədə Niderland konsulluğunun baş konsulu Robert Şuddebum “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, iki ölkənin konsulluqları yaxın yerləşdiyi üçün türklər onları tez-tez qarışdırırlar.


Məlumata görə, “yumurta etirazı”nı “Boz canavarlar” adlanan radikal gənclər təşkilatının nümayəndələri təşkil ediblər.


Qeyd edək ki, Rusiya və Hollandiya bayraqları yalnız rənglərin düzülüşünə görə fərqlənirlər. Rusiya bayrağında rənglər yuxarıdan aşağıya ağ, göy və qırmızı, Hollandiya bayrağında isə qırmızı, ağ və göy şəklində sıralanıb.


Müəllif: