23 Noyabr 2015 08:52
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinada prezident seçkilərinin ikinci turu başlayıb.

Prezident postu uğrunda mübarizə hakim “Qələbə naminə cəbhə” partiyasından Daniel Sioli və müxalif “Respublika təklifi” partiyasının nümayəndəsi Maurisio Makri arasında gedir.

Seçkilərin oktyabrın 25-də keçirilən birinci turunda Daniel Sioli 37,08, Maurisio Makri isə 34,12 faiz səs toplayıb. Lakin ikinci tur öncəsi keçirilən sorğuların nəticələrinə görə, Makri 8 faiz səslə irəlidədir.

Ölkəyə 8 il Kristina Fernandes de Kirşner rəhbərlik edib.

Argentinada 32 milyon insan səsvermə hüququna malikdir. Qanunvericiliyə görə, səsvermədə iştirak məcburidir.


Müəllif: