23 Noyabr 2015 09:14
458

Gürcüstanda 29 yaşlı İŞİD üzvü həbs edilib.


Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın kəşfiyyat xidməti məlumat yayıb. Bildirilir ki, Paris terrorundan sonra ölkədə gücləndirilmiş təhlükəsizlik tədbirləri nəticəsində noyabrın 22-də David Borchasvhili adlı gənc Türkiyədən Gürcüstana dönərkən saxlanıb.

Məlumata görə, o, terrorçu təşkilatla əlbir olmaqda ittiham olunur. Amma əlavə detallar barədə məlumat verilmir.

Borchashvili noyabrın 21-də Türkiyədən Gürcüstana gəlib, amma bir neçə saat sonra Türkiyəyə deportasiya olunub. Elə həmin gün türkiyə polisi onu yenidən Gürcüstana yollayıb və Gürcüstanda həbs olunub.

Ailəsinin dediyinə görə, o, bir il öncə Türkiyəyə iş dalınca gedib. Onun Suriyada olub-olmaması hələlik bəlli deyil.

Gürcü rəsmilərinin açıqlamasına görə, Suriya və İraqda “İslam dövləti”nə onlarla Gürcüstan vətəndaşı qoşulub. Onların arasında Suriyanın şimalında döyüş komandiri kimi tanınan Umar al-Shishani ləqəbli Tarkhan Batirashvili də var.


Müəllif: