23 Noyabr 2015 11:27
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya hökuməti Suriyada İŞİD terror təşkilatına qarşı quru əməliyyatları keçirməyə hazır olduğunu bildirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki bununla bağlı Çexiya müdafiə naziri Martin Stropnitskiy açıqlama verib.

Onun sözlərinə görə, əgər koalisiya qüvvələri İŞİD-ə qarşı quru əməliyyatlarına başlasa, Çexiya hökuməti Suriyaya 200 hərbçi göndərəcək.

Bu arada, Çexiyanın NATO-dakı səfiri İrji Şedivoqo isə Suriyada quru əməliyyatları ilə bağlı məsələnin müzakirə edilmədiyini bildirib.

Samir


Müəllif: