23 Noyabr 2015 12:09
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı İraqın Mosul şəhərində kütləvi edam həyata keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Mosul polisinin nümayəndəsi Albay Əhməd əl-Vuburi məlumat verib.

Onun sözlərinə görə, terrorçuların bu dəfəki hədəfi tələbələr olub. İŞİD döyüşçüləri sosial mediada təşkilat əleyhinə fikirlər paylaşmaqda ittiham etdiyi 12 tələbənin başını kəsib.

Bu arada ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD-in nəzarətində olan Ənbar vilayətinin Hit rayonunu bombardman edib. Hücum zamanı 5 terrorçu öldürülüb.

Samir


Müəllif: