23 Noyabr 2015 16:11
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Tehrana səfər edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində Rusiya lideri Qaz İxracatçısı Ölkələri Forumunda iştirak edəcək.

Putinin Tehranda İranın Ali dini lideri Ayətullah Əli Xamneyi, prezident Həsən Rihani, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və venesuelalı həmkarı Nikolas Maduro ilə görüşü nəzərdə tutulur. Görüşlər zamanı Suriya böhranı, İranın nüvə razılaşması və İŞİD terror təşkilatı ilə mübarizə əsas müzakirə məsələləri olacaq.

Qeyd edək ki, Qaz İxracatçısı Ölkələri Forumunun daimi üzvləri Rusiya, Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləridir.

Samir


Müəllif: