24 Noyabr 2015 08:35
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın dörd ağ şimal kərgədanından biri Amerika Birləşmiş Ştatlarındakı zooparkda ölüb.

41 yaşlı dişi kərgədan, Nolanın vəziyyəti bazar günü aparılmış cərrahiyyə əməliyyatından sonra ağırlaşmışdı.

Nola 1989-cu ildən bəri San Diegodakı Safari Park heyvanxanasının sevimlisi idi. Qalan üç ağ şimal kərgədanın üçü də yaşlıdır və onlara Keniyadakı Ol Pejeta qoruğunda keşik çəkilir.

Həkimlər noyabrın 13-də Nolanın budunda yığılmış irini təmizləmək üçün onun üzərində cərrahiyyə əməliyyatı aparmışdılar. Ağ şimal kərgədanı qiymətli buynuzuna görə brakonyerlər tərəfindən amansızcasına ovlandığından, 2008-ci ildə canlı təbiətdə kökünün kəsildiyi elan edilmişdi.

San Diego zooparkı bu yaxınlarda bətnlərində ağ kərgədan embrionlarını yetişdirmək ümidi ilə 6 cənub kərgədanı gətirmişdi.

Hazırda dünyada 20 minə yaxın cənub kərgədanı var, lakin hələlik onların ağ kərgədan döllərinin surroqat prosesində istifadə üçün genetik baxımdan uyarlı olub-olmadığı araşdırılır.

Zoopark alimləri deyirlər ki, proqram uğurlu olarsa, ağ şimal kərgədanının buzovu 10-15 ilin içində doğula bilər.


Müəllif: