4 İyun 2014 16:07
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Əlborz vilayətində 9 nəfər asılaraq, edam edilib.

Teleqraf.com-un məlumatına görə, edam edilən məhbuslardan biri istisna olmaqla, digərlərinin hansı cinayətə görə cəzalandırıldıqları açıqlanmayıb. Eyni zamanda onların ad və soyadları barədə də heç bir məlumat verilməyib.

Edam qərarı İranın Ali Məhkəməsinin rəsmi təsdiqindən sonra, Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib.

İran mətbuatı və müvafiq dövlət qurumları bununla bağlı heç bir məlumat yaymayıb. Sözügedən məhbusların İran hakimiyyətinə qarşı müxalif mövqeli Xalq Mücahidlər Təşkilatında (İXMT) üzv olduğu ehtimal olunub. Asılaraq edam edilən 49 yaşlı Qulamrza Xosrəvi Savadcani da həmin qurumla yaxından əməkdaşlıq etməkdə, ona məxsus telekanala maliyyə yardımı göstərməkdə təqsirli bilinib.

Ülviyyə


Müəllif: