24 Noyabr 2015 14:05
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Türkiyə ilə sərhədində vurulan Rusiya təyyarəsi ilə bağlı rəsmi Moskvadan ilk açıqlama gəlib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi məsələnin araşdırıldığını açıqlayıb.

Bildirilib ki, qırıcının vurulması və pilotların aqibəti ilə bağlı heç bir məlumat yoxdur: "Rusiyaya məxsus Su-24 tipli təyyarə yerdən buraxılan raketlə 6000 metr yüksəklikdə vurulub. İlkin məlumatlarda pilotların paraşütlə təyyarədən tullandığı deyilir. Məsələ araşdırılır".

Türkiyə tərəfi isə verdiyi açıqlamada təyyarənin sərhədi pozduğu üçün F-16 ilə vurulduğunu qeyd edib. Açıqlamada qırıcının 10 dəqiqə ərzində 5 dəfə Türkiyə sərhədinə qanunsuz daxil olduğu bildirilib.

Hadisədən dərhal sonra Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Bu arada, Rusiya Xarici İşlər Nazirliyi sabah Türkiyəyə gələcək Rusiya XİN rəhbəri Sergey Lavrovun səfərinin ləğv edilmədiyini açıqlayıb.

Samir


Müəllif: