25 Noyabr 2015 13:00
1 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hava sərhədimizi pozan qırıcıya "F-16-lar"ımız atəş açıb. Vurulan təyyarə Suriya tərəfinə düşüb, amma qalıqları Türkiyə ərazisinə düşüb və iki vərəndaşımızı yaralayıb. Vurulan təyyarənin Rusiya istehsalı olması bu ölkə rəsmilərinin açıqlamalarından sonra məlum olub. Olaydan dərhal sonra BMT Təhlükəsizlik Şurasına və NATO-ya məlumat verdik".

Teleqraf.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Daimi Komitəsinin (İƏT İTDK) toplantısındakı çıxışında bildirib.

Ərdoğan qeyd edib ki, hazırda İslam coğrafiyası elm, irfan, mədəniyyət məkanından zülm, məzlumiyyət yerinə çevrilirsə, bunun ən böyük səbəbi qardaşlıq əxlaqı və hüququn aşınmasıdır: "Uşaqları aclıqdan, susuzluqdan ölən dünyanın heç bir bəndəsinin həyatı güvəndə ola bilməz. Müsəlman olaraq çox ağır imtahandan keçirik. Qonşu Suriyada vətəndaş müharibəsinin 5 ili tamam olmaq üzrədir. O dünyada hesabat vermədən öncə bu dünyada öz-özümüzə hesab verməliyik".

Ərdoğan Rusiyaya məxsus qırıcının vurulmasına münasibət bildirərkən qeyd edib ki, qırıcının rus istehsalı olduğunu sonradan biliblər: "Dünən səhər saatlarında naməlum iki uçaq hava məkanımıza daxil olub. Sərhədimizi 5 dəqiqə ərzində 10 dəfə pozublar. Xəbərdarlıqdan sonra iki qırıcıdan biri Suriyaya geri dönüb, digəri isə hava sərhədimizi pozmaqda davam edib. Hava sərhədimizi pozan qırıcıya "F-16-lar"ımız atəş açıb. Vurulan təyyarə Suriya tərəfinə düşüb, amma qalıqları Türkiyə ərazisinə düşüb və iki vərəndaşımızı yaralayıb. Vurulan təyyarənin Rusiya istehsalı olması bu ölkə rəsmilərinin açıqlamalarından sonra məlum olub. Olaydan dərhal sonra BMT Təhlükəsizlik Şurasına və NATO-ya məlumat verdik"

R.T.Ərdoğan qeyd edib ki, Rusiya İŞİD-i deyil, müxalifəti bombalayır: "Rusiya tərəfi bildirir ki, ora İŞİD-i bombalamaq üçün gəliblər. Bayırbucaq türkmənlərinin olduğu Lazkiyədə İŞİD yoxdur. Kimsə kimsəni aldatmasın. Hazırda İŞİD-in olduğu bölgə Cerablus və onun şərqidir. Belə bir hadisənin yaşanmaması üçün uzun müddətdir ki, çabalar göstəririk, aidiyyəti ölkələri məlumatlandırırıq. Müxtəlif vaxtlarda və müxtəlif kanallarla qonşumuza da bu barədə mövqeyimizi bildirmişik. Əgər dünənə qədər belə bir hadisə olmamışdısa, bu, Türkiyənin soyuqqanlı və xoşniyyətli olduğunu göstərir. Heç kəs bizdən sərhəd təhlükəsizliyinin tez-tez pozulmasına, haqq və hüququmuzun tapdanılmasına səssiz və təpkisiz qalmağı gözləməməlidir. Bu hadisəni daha da gərginləşdirmək fikrimiz yoxdur.

Bir həftədir ki, Bayırbucaq türkmənlərinin Türkiyəyə köçü balşayıb. Bombalardan qaçan soydaşlarımızı, qohum-əqrəbalarımızı Hatay və bölgədəki digər düşərgələrə yerləşdirmişik. Suriyadakı düşərgələrə də hər cür yardımlar edirik. Ailələr, bəylər, ər və arvadlar torpaqlarını müdafiə etmək üçün mücadilə aparır. Səmimi olmamız lazımdır. Kimsə kimsəni aldatmasın. Dövlət terroru edən bir adamın yanında olmaq bizim aləmimizdə zalımın yanında olmaq deməkdir. Bunu bilməliyik. Müsəlman o kəsdir ki, əlindən və dilindən digər müsəlmanlar da əmindir. Bunu etməyə məcburuq. Biz hər cür terror təşkilatına, dövlət terroru sərgiləyən Əsəd rejminə qarşıyıq".

Ayxan


Müəllif: