25 Noyabr 2015 13:40
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obamaya zəng edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyə prezidentinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti zamanı liderlər Türkiyə tərəfindən Suriya ilə sərhəddə Rusiyaya məxsus qırıcının vurulmasını müzakirə ediblər.

Obama Türkiyənin beynəlxalq qanunlara riayət etdiyini, ABŞ və NATO-nun rəsmi Ankranı dəstəklədiyini bildirib. Lidelər Suriya böhranı və İŞİD-lə mübarizə məsələlərini də müzakirə ediblər.

Samir


Müəllif: