25 Noyabr 2015 14:18
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xarici İşlər Nazirliyinin Türkiyəyə səfər edən ruslara xəbərdarlıq etməsi doğru addımdır".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, dünən baş verən hadisədən sonra bu qərarı başa düşmək olar: "Bu problem çox dərin xarakter daşıyır. Təkcə biz deyil, bütün dünya bu hadisəni izlədi. Türkiyənin bugünkü hakimiyyəti İŞİD terror təşkilatının dəstəklənməsi üçün siyasət aparır. İslam - böyük dünyəvi dindir. Biz özümüz də İslamı dəstəkləyirik və bunu davam etdirəcəyik. Amma söhbət radikal terror qrupundan gedir".

Putin qeyd edib ki, Rusiya hər yolla öz hərbçilərinin təhlükəsizliyini təmin edəcək: "Suriyadakı Rusiya hərbi bazasının qorunması üçün bütün üsullardan istifadə edəcəyik. Artıq həmin bazaya S-300 tipli havadan müdafiə sistemləri göndərmişik. Yaxın vaxtlarda Xmeymim hərbi bazasına S-400 raket sistemi çatdırılacaq".

Samir


Müəllif: