25 Noyabr 2015 15:22
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Terrorçuların Avropaya keçməsinin qarşısının alınması üçün Türkiyə-Suriya sərhədləri təcili bağlanmalıdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland amerikalı həmkarı Barak Obama ilə Vaşiqnton görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla Avropada mümkün terror aktlarının qarşısı alınacaq. Olland İŞİD-i zəiflətməyin üsullarını da açıqlayıb: "İŞİD-in maliyyə mənbələri, liderləri məhv edilməli, bundan sonra zəbt etdiyi ərazilərə hücum edilməlidir".

Samir


Müəllif: