4 İyun 2014 17:13
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naməlum şəxslər ATƏT-in rəsmi saytını dağıdıblar.

Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü təşkilatın media azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç məlumat verib.

O, özünün "Twitter" səhifəsində yazıb: "ATƏT-in saytına davam edən DDos-hücumlar yolverilməzdir, hansısa qüvvələr ifadə azadlığını məhdudlaşdırmağa cəhd göstərirlər".

Bu hücumların arxasında kimlərin dayandığı hələlik məlum deyil.


Müəllif: