25 Noyabr 2015 17:22
4 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə məsələsini başqa əllər vasitəsilə həll etmək lazımdır. Ermənilər türklərə nifrət edir, əgər biz onlara qərb ərazilərini azad etməyə icazə versək, onlar məmnuniyyətlə torpaqlarını azad edəcəklər".


Bunu Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski söyləyib. O bildirib ki, əgər Rusiya imkan versəydi ermənilər bunu 1918-ci ildə edərdilər, ancaq onda Moskva kömək etmədi və Türkiyənin tərəfinə keçdi.

"Kürdlər bizim köməyimizi gözləyirlər. Əgər biz kürdlərə desək ki, sizin müstəqilliyinizi tanıyırıq o zaman paytaxtı Diyarbəkir olan müstəqil Kürdüstan yaranacaq. Beləliklə də Şərqi Anadoluda yeni dövlət mövcud olacaq. Bununla yanaşı, biz Böyük Ermənistanın yaranmasına da şərait yaradacağıq", - deyə Jirinovski bildirib./BAKU.WS


Müəllif: