25 Noyabr 2015 21:35
676

"Moskva Fransa prezidenti Fransua Ollandın Türkiyə-Suriya sərhədinin bağlanması ilə bağlı fikrini dəstəkləyir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, bu, təklif çox dürüstdür: "Məncə, cənab Olland sabah bu təklifi Kremldə də səsləndirəcək. Bunun üçün lazımi tədbirləri nəzərdən keçirməyə hazırıq. Çoxları bilir ki, bu sərhədin bağlanması ilə terrorçuların Suriyadan çıxmasının qarşısı alınacaq".

Samir


Müəllif: