26 Noyabr 2015 12:09
1 213

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Parisdə görüşəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, liderlər noyabrın 30-da Fransada baş tutacaq İqlim sammiti çərçivəsində bir araya gələcək.

Görüş zamanı noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus qırıcını Suriya ilə sərhəddə vurması əsas müzakirə mövzusu olacaq. Bununla bağlı rəsmi Moskva fikir bildirməyib.

Samir


Müəllif: