26 Noyabr 2015 17:37
803

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrda Rusiyaya edəcəyi səfər təxirə salınmayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Rusiya qırıcısı ilə bağlı məsələ hələlik tam araşdırılmayıb: "Hələ rəsmi imtina ilə bağlı heç bir müraciət daxil olmayıb".

Peskov Rusiyanın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı məlumatlara da münasibət bildirib: "Rusiya hökumətinin belə bir fikri yoxdur. Heç bir embarqodan söhbət gedə bilməz. Sadəcə olaraq, rəsmi Moskva hadisə ilə əlaqədar Türkiyədən gətirilən mallar üzərində nəzarəti gücləndirib".

Qeyd edək ki, Rusiya təyyarəsinin türk F-16-ları tərəfindən Suriya sərhədində vurulması Ankara-Moskva münasibətlərində gərginlik yaradıb.

Samir


Müəllif: