27 Noyabr 2015 00:38
2 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu İŞİD terror qruplaşmasına ağır zərbə vurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ordu qüvvələri İŞİD-lə döyüşlərdə strateji Fələstin körpüsünü ələ keçirərək terror təşkilatının Ramadi ilə son əlaqəsini də kəsib.

İraqın terrorla mübarizə qüvvələrinin sözçüsü Sabah əl-Numanı Fələstin körpüsünü ələ keçirməklə Ramadi şəhəri və ətraf ərazilərin İŞİD-dən xilas edilməsi üçün son mərhələyə gəldiklərini deyib. O, Ramadi şəhərinin xilas edilməsi üçün əməliyyatın başlandığını vurğulayıb.


Müəllif: