27 Noyabr 2015 21:17
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan-Makedoniya sərhədində miqrantlar qeyri-ənənəvi aksiya keçiriblər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Makedoniya sərhəd xidməti miqrant axınına məhdudiyyət qoyub. Bu səbəbdən "İdomeni" sərhəd keçid məntəqəsində yüzlərlə miqrant qalıb.

İrandan gələn 5 miqrant ağızlarını tikərək etiraz ediblər. Sinələrinə müxtəlif şüar yazaraq etirazlarını bildirən miqrantlar aclıq aksiyasına başlayacaqlarını bildiriblər.

Qeyd edək ki, Balkan ölkələri Makedinya, Serbiya və Xorvatiya ancaq Suriya, Əfqanıstan və İraqdan olan miqrantların sərhəddən keçməsinə icazə verir.

Teleqraf.com fotoları təqdim edir:

Ramal


Müəllif: