28 Noyabr 2015 01:27
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Türkiyə üçün Rusiya taxılını və günəbaxan yağını əvəzləməyə hazırdır. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Taxıl Assosiasiyasının prezidenti Vladimir Klimenko bildirib.

“Rusiya təchizatı dayandıracağı təqdirdə Türkiyə üçün ənənəvi təchizatçı Ukrayna olacaq. Bizim ora aparacağımız şeylər var. Söhbət təkcə taxıl və qarğıdalıdan yox, həm də günəbaxan yağından gedir” – deyib Klimenko.

Analoji fikri Ukraynadakı “AAA” konsaltinq şirkətinin analitik şöbəsinin rəhbəri Mariya Kolesnik bildirib: “Ukrayna yaranan taxılı ehtiyacının müəyyən hissəsini ödəyə bilər. Bizim ərzaq taxılımızın keyfiyyəti yüksək səviyyədədir, odur ki, zərurət yaranacağı halda düşünürəm ki, bizim treyderlər sürətlə oriyentasiya edəcəklər”.

Az öncə Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin bildirmişdi ki, Türkiyəyə qarşı sanksiyalar Rusiyaya zərbə vuracaq, ona görə də bu sanksiyalara həddən artıq ehtiyatlı yanaşmaq lazımdır.


Müəllif: