4 İyun 2014 22:09
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanda Düşənbə yaxınlığındakı şəhərdə yerli molla həbs olunub.

Azadlıq radiosunun məlumatına görə, o, öz ervində dini dərs deyirmiş və bu vaxt tələbələri döyürmüş və işgəncə verirmiş.

Tacikistanəın Milli Təhlükəsizlik xidmətinin məlumatına görə, Hakimali Nizomov adlı molla işgəncə verməkdə, çoxarvadlılıqda və qanunsuz dini dərs keçməkdə ittiham olunur.

Tələbələrinin dediyinə görə, Nizomov elektroşokla işgəncə verirmiş.

Nizomovun dini dərs deməyə dövlət lisenziyası var. O, yerli mədrəsənin və məscidin imamıdır.

Onun 3 yaşdan 18 yaşa kimi 80 tələbəsi var idi. Hər tələbədən orta hesabla ayda 60 dollar alırdı.

Yerli sakinlər Nizomovun dərsləri hərdən öz evində keçdiyini təsdiqləsələr də, onun həbsinin siyasi motivli olduğunu bildirirlər. Onların fikrincə, bu, hökumətin anti-islam kampaniyasının bir hissəsidir.


Müəllif: