28 Noyabr 2015 22:10
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan Rusiya və Azərbaycan ilə yeni enerji razılaşması imzalayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Əfqanıstan Ticarət Nazirliyinin sözçüsü Misafir Kokandı məlumat verib.

Onun sözlərinə görə, razılaşmaya əsasən, Əfqanıstan Azərbaycandan ildə 150 min ton, Rusiyadan isə 72 min ton mayeləşdirilmiş qaz alacaq.

Kokandı qeyd edib ki, Əfqanıstanın mayeləşdirilmiş qaza olan illik tələbatı 200-300 min tondur.

Samir


Müəllif: