4 İyun 2014 22:29
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada yaşayan çeçen mühacirlərini birləşdirən "Azad Qafqaz" hərəkatı Donbasda seperatçıların tərəfindən vuruşan çeçenləri çeçen xalqına heç bir dəxli olmayan muzdlular sayıb.

Bu barədə bəyanatla çıxış edən təşkilat bildirib: "Həqiqi çeçenlər və qafqazlılar anlayırlar ki, Ukraynanın azadlığı dünyanın əzilən bütün millətlərinin azadlığıdır. Bunu əsas tutan azadlıqsevər çeçenlər öz qardaşları ukraynalıların yanında olacaqlar".

Bəyanatda deyilir ki, Rusiya Ukraynaya müdaxilə edən andan Avropada yaşayan çeçenlər briqada generalı İsa Munayevin rəhbərliyi altında 300 nəfərdən ibarət silahlı birləşmə formalaşdırıblar və Ukraynaya yardıma göndəriblər./anspress/


Müəllif: