29 Noyabr 2015 17:13
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə yerli hakimiyyətə keçirilən seçkilərdə iştirak üçün kampaniyaya qoşulub.

Seçkilər bu ilin dekabrında keçiriləcək. Bununla yanaşı, ölkə tarixində ilk dəfə olaraq qadınlar seçkilərdə səs verə biləcəklər.

Bu, Səudiyyə Ərəbistanında indiyədək keçirilən üçüncü yerli seçkilər olacaq. Ölkədə yerli hakimiyyətə seçkilər ilk dəfə 2005-ci ildə keçirilib.

Seçkilərdə iştirak etmək üçün təxminən 900 qadın namizəd qeydiyyatdan keçib.
Lakin cinsi bölgü ilə bağlı sərt qaydalara əməl etmək üçün qadın və kişi namizədlər seçkiqabağı təşkil edilən mitinqlərdə birlikdə iştirak etməyəcəklər.

Səudiyyə Ərəbistanında qadınlar ictimai yerlərdə üzlərini aça bilmədiyi üçün, kişi namizədlərə də seçkiqabağı təşviqat kampaniyasında şəkillərini yaymaq qadağan edilib.

Report


Müəllif: