4 İyun 2014 23:57
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya baş prokuroru Harald Ranqe federal kansler Angela Merkelin telefon danışıqlarının ABŞ xüsusi xidmətləri tərəfindən dinlənilməsi ilə bağlı cinayət işi qaldırıb.

Ranqe bu barədə bəyanatı ABŞ prezidenti Barak Obamanın Avropa turnesi fonunda verib. 4-5 iyunda o, G7 ölkələrinin iclasında alman siyasətçiləri ilə görüşəcək.

Alman prokurorlar istintaq çərçivəsində Amerika rəsmilərinə də sorğu göndərəcək./anspress/


Müəllif: