30 Noyabr 2015 01:25
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunun kasıblar yaşayan məhəlləsində noyabrın 29-da güclü yanğın baş verib.

APA-nın “news24” portalına istinadən verdiyi məlumata görə, bir neçə saat davam edən yanğın 800-dək daxmanı məhv edib, nəticədə 4 min nəfərədək insan evsiz-eşiksiz qalıb. Hakimiyyət nümayəndələri iki nəfərin yanğının qurbanı olduğunu açıqlayıb.

Yanğından şəkər qamışı tarlaları və üç inzibati binaya da ziyan dəyib.

Yanğının söndürülməsinə Beynəlxalq Qızıl Xaç Komitəsinin və bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri də cəlb olunublar.

Hadisənin başvermə səbəbləri barədə hələlik məlumat verilmir, faktla bağlı araşdırmalara başlanıb.

Həmin gün Keyptaun yaxınlığında daha bir güclü yanğın baş verib. Lanqa kəndində baş verən yanğın nəticəsində 125-dək tikili yanıb, 500 nəfər evsiz-eşiksiz qalıb.


Müəllif: