30 Noyabr 2015 09:04
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriyanın İdlib şəhərində yerləşən "İHH" türk xeyriyyə təşkilatına məxsus çörək sexinə hava zərbələri endirib.

Təşkilatın Suriyaya yardım üzrə idarəsinin Xatay ofisinin mətbuat katibi Burak Karacaoğlu Əsəd rejiminə dəstək verən rus hərbi təyyarələrinin son günlər ərzində bu regiona vuran zərbələrini qeyd edib. "Bombardman nəticəsində 16 ay əvvəl işləməyə başlayan çörəkxanaya da zərər vurulub. 40 min nəfəri çörəklə təmin edən və 18 nəfərin işlədiyi çörəkxana yararsız hala düşüb. Allaha şükür, zərbələr nəticəsində xəsarət alan olmayıb", - deyə Karacaoğlu bildirib./Trend


Müəllif: