5 İyun 2014 00:08
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorçular Ukraynanın Slavyansk şəhərinin prokuror müavinini əsir götürüb.

"Donetsk Xalq Respublikası"nın döyüşçüləri prokuror müavini Sergey Mironenkonu əsir götürüb. Bu haqda hüquq-mühafizə orqanlarında olan mənbə Rusiya mətbuatına xəbər verib.

"Dünən bizə anonim xəbər daxil oldu ki, “DXR” tərəfdarları Mironenkonu Slavyanskda Təhlükəszilik Xidmətinin idarəsinin binasında zorla saxlayırlar", - deyə bildirilir.

Ukrayna antiterror qərargahı Sergey Mironenkonun əsir götürülməsi barədə xəbərin araşdırılmasına başlayıb./anspress/


Müəllif: