30 Noyabr 2015 12:13
2 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya və Türkiyə Su-24 hadisəsinin günahkarlarını birgə cəzalandırmalıdırlar".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyənin hadisə ilə əlaqədar birgə komissiya yaratması vacibdir: "Bununla hər iki ölkə tezliklə razılığa gələ, günahkarı müəyyənləşdirə və səhvi etiraf edə bilər. Bu hadisə Rusiya və Türkiyə arasında məyusluq yaratdı. Hadisə ilə əlaqədar bizə çox şey məlum deyil. Ancaq fakta görə, Rusiya təyyarəsi Türkiyə sərhədini pozmayıb".

Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus Su-24 qırıcısı Türkiyə-Suriya sərhədlərini pozduğuna görə türk F-16-ları tərəfindən vurulub. Rusiya prezidenti Vladimir Putin təyyarənin Türkiyə hava məkanına daxil olmadığını və rəsmi Ankaranın dərhal üzr istəməsinin vacibliyini bildirib. Ərdoğan isə rusiyalı həmkarının fikirlərini təkzib edib və təyyarənin Türkiyənin hava məkanına daxil olduğu üçün vurulduğunu bildirib.

Samir


Müəllif: