5 İyun 2014 09:36
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada Venesiya şəhərinin meri Corco Orsoni həbs olunub. Rüşvətxorluq əməliyyatları çərçivəsində saxlanılan dövlət rəsmisi şəhəri daşqınlardan qorumaq üçün tikilən sədd layihəsinə ayırılan 5 milyard dollar məbləğində pulun bir qismini mənimsəməkdə ittiham olunur.

Mer ilə yanaşı, eyni zamanda, 35 nəfərin də rüşvətxorluqda adı çəkilir. Həbsinə əmr verilənlər arasında sabiq baş nazir Silvio Berluskoninin "Forza İtaliya" partiyasından Cankarlo Qalan da var. Cankarlo Qalan Berluskoni hökumətinin idarəçiliyi altında Venesiyanın sabiq meri olub.

Yerli kütləvi informasiya vasitələri rüşvətxorluq əməliyyatlarını «aysberqin görünən hissəsi» kimi dəyərləndiriblər.

Hələlik ittiham olunanların əksəriyyəti azadlıqdadır./anspress/


Müəllif: