30 Noyabr 2015 18:24
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş ölkə birgə konsorsium yaradır


Ankara və Pekin Çin mallarının Rusiyaya daxil olmadan Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya çatdırılması üçün konsorsium yaradılması barədə saziş imzalayıblar.


Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, razılaşma noyabrın 28-də İstanbulda iri nəqliyyat-logistika operatorları arasında əldə edilib.


Sənəddə qeyd olunur ki, razılaşma Çin-Türkiyə-Avropa Transxəzər nəqliyyat marşrutunun imkanlarının təqdimatı zamanı əldə olunub. Çinin "Mishgeng Logistics" şirkəti ilə yanaşı, Qazaxıstanın "Qazaxıstan Dəmir Yolları" müəssisəsi, Azərbaycanın "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" və "Karvan yükdaşıma" şirkətləri, həmçinin Gürcüstanın "Gürcüstan Dəmir Yolları" müəssisəsi konsorsiumun təsisçiləri olmağa hazırlıqlarını açıqlayıblar. Türkiyə konsorsiumda assosiativ üzv qismində təmsil olunur.


Layihə çərçivəsində 2016-cı il ərzində Gürcüstan ərazisindən ilk bir neçə min konteynerin Çindən Türkiyəyə və Avropaya çatdırılması nəzərdə tutulur. Tərəflər həmçinin, gələn il Ukraynadan malların Şimali və Şərqi Avropaya çatdırılmasını nəzərdə tuturlar.


Samir


Müəllif: