Ukrayna prezidenti Petro Poroşenko 2016-cı ilin əvvəlində Türkiyəyə səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Poroşenko bunu türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra deyib.
Onun sözlərinə görə, səfər Ərdoğanın dəvəti ilə həyata keçiriləcək. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və müdafiə sahəsində bir sıra sənədlərin imzalanması gözlənilir.
Samir