Almaniya Suriyadakı İslam Dövləti (İD) qruplaşmasına qarşı döyüşlərə hərbi dəstək planını təsdiqləyib.
Təklifin çərşənbə günü parlamentdə səsverməyə çıxarılacağı gözlənilir.
Almaniya, 13 noyabrda Parisdə baş vermiş hücumlardan sonra Fransa prezidenti Francois Hollande-ın müraciətinin ardından İD qruplaşmasına qarşı döyüşlərə qoşulmağa qərar verib. Lakin onun qüvvələri döyüşlərdə iştirak etməyəcək.
Millət vəkillərinin missiyanı dəstəkləyəcəyi gözlənilir. Bu, Almaniyanın son dövrlərdəki ən böyük xarici hərbi əməliyyatı ola bilər. Çərşənbə günü Britaniya parlamentində də Suriyadakı İD qruplaşmasına qarşı döyüşlərdə iştirakla bağlı müzakirələr və səsvermə keçiriləcək.
Keçən həftə Almaniya Malidəki İD silahlılarına qarşı döyüşən 1500 Fransa əsgərinə qoşulmaq üçün 650 əsgər göndərməyə razılıq verib.